Misli Premyer Liqasının 8-ci turunda "İmişli" "Turan Tovuz"la üz-üzə gəlib.
“İki sahil”in məlumatına görə, qarşılaşmada yeganə qolu 25-ci dəqiqədə Dioqo Rollo vurub. Bu qol sayəsində “İmişli” futbolçuları meydanı qələbə ilə tərk ediblər.
Misli Premyer Liqası,
8-ci tur
18 oktyabr (bazar)
15:00. “İmişli” 1-0 “Turan Tovuz”
Qol: Dioqo Rollo, 25
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə, Kamranbəy Rəhimov (VAR), Gülnurə Əkbərzadə (AVAR)
Yevlax şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”