Selcan Mahsudova Dünya kubokunun qızıl medalını qazandı
Almaniyanın Kotbus şəhərində batut gimnastikası üzrə keçirilən Dünya kubokunda Azərbaycan gimnastı Selcan Mahsudova yüksək nəticə göstərərək qızıl medalın sahibi olub.
Fərdi proqramda mübarizə aparan idmançımız çıxışını 55,540 xalla tamamlayaraq bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Selcan Mahsudovanın bu uğuru Azərbaycan gimnastikasının beynəlxalq arenadakı nailiyyətləri sırasına daha bir qələbə əlavə edib.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb