21 iyun 2026 21:36
107

Akrobatlarımız Dünya kuboku seriyasının qalibləridir

Akrobatika gimnastikası üzrə qadın qrupumuz — Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidova Dünya kuboku seriyasının qalibi olublar.

“İki sahil” xəbər verir ki, idmançılarımız mövsüm ərzində keçirilən Dünya kuboku yarışlarında nümayiş etdirdikləri yüksək və stabil nəticələr sayəsində bu möhtəşəm uğura imza atıblar. Gimnastlarımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!