22 iyun 2026 00:11
90

Bundestaqın Hörmüz boğazı missiyası üzrə yaxın vaxtlarda qərarı gözlənilmir

Almaniyanın müdafiə naziri Boris Pistorius Hörmüz boğazında mümkün beynəlxalq missiyada Bundesverin iştirakı ilə bağlı Bundestaqın yaxın vaxtlarda qərar qəbul edəcəyinə dair gözləntilərin erkən olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, nazir ARD telekanalına açıqlamasında parlamentin iyulda başlayacaq yay fasiləsindən əvvəl bu məsələni müzakirə edib-etməyəcəyinin hələ məlum olmadığını bildirib. Onun sözlərinə görə, belə bir qərarın verilməsi üçün ilk növbədə ABŞ ilə İran arasında davamlı atəşkəs əldə olunmalıdır.

Nazir Almaniyanın məqsədinin hərbi əməliyyatlarda iştirak etmək deyil, Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpasına töhfə vermək olduğunu bildirib. O qeyd edib ki, boğazın açıq qalması həm Avropanın, həm də Almaniyanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.