Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.
“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, "Sabah" daha öncə hazırlıq prosesi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” klubu ilə də 1:1 hesablı heç-heçəyə razılaşıb.
Qeyd edək ki, növbəti yoxlama matçı çərçivəsində “Sabah” iyulun 2-də Ukraynanın “Polissya” komandası ilə qarşılaşacaq.