Portuqaliya millisinin baş məşqçisi Roberto Martines hücumçu Kriştiano Ronaldonun DÇ-2026-da əvəz olunmadan oynamasına aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, mütəxəssis qrup mərhələsinin 3-cü tur matçlarında müvafiq olaraq Argentina və Norveç yığmalarının start heyətində yer almayan Lionel Messi və Erlinq Haalandla Ronaldonun müqayisə edilməsinə də münasibət bildirib.
"Goal" nəşrinə danışan Martines bu cür müqayisələrin əleyhinə olduğunu vurğulayıb:
"Biz özümüzü digər komandaların futbolçuları ilə müqayisə etmirik. Bu, uşaqcasına olardı. Kriştiano lazımı vaxtda lazımı yerdə olmağa öyrəşib. Burada məsələ daha çox psixoloji dayanıqlılıq, mövqedəki daimi nizam-intizam və hücum sxemlərimizdə mütəmadi boşluqlar yaratmaqla bağlıdır. Bütün 90 dəqiqəni meydanda keçirmək Ronaldo üçün heç bir problem yaratmır".