29 iyun 2026 09:49
94

Cüdoçumuz gümüş mükafata sahib çıxıb

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb. Son yarış günündə Əjdər Bağırov (-100 kq) Azərbaycan millisinin aktivinə növbəti medalı yazdırıb. “İki sahil” xəbər verir ki, cüdoçumuz gümüş mükafata sahib çıxıb. Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (-66 kq) qızıl, Rəşad Yelkiyev (-66 kq) gümüş, Kamran Süleymanov (-73 kq) isə bürünc medal qazanmışdı.

Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığmamız 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci və üçüncü pilləri bölüşüb.