ADRA: LED ekranların yerləşdirilməsi zamanı şəhər memarlığına təsir və yol hərəkətinin təhlükəsizliyi əsas meyarlardandır
Rəqəmsal texnologiyaların inkişafı ilə açıq məkanda LED ekranlar və media fasadlar kimi müasir reklam vasitələrinin tətbiqi genişlənir. Bununla yanaşı, bu reklam daşıyıcılarının şəhər məkanına uyğun inteqrasiyası, vizual harmoniyanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirib ki, rəqəmsal reklam daşıyıcıları informasiyanın operativ və geniş auditoriyaya çatdırılması imkanlarını artırsa da, onların həddindən artıq tətbiqi şəhər məkanında vizual yüklənməyə və estetik balansın pozulmasına səbəb ola bilər.
Onun sözlərinə görə, bu səbəbdən LED ekranların və digər rəqəmsal reklam vasitələrinin yerləşdirilməsi zamanı yol hərəkətinin təhlükəsizliyi, ekranın ölçüsü və ətraf memarlıq mühitinə təsiri diqqətlə nəzərə alınır. H.Azəri vurğulayıb ki, rəqəmsal reklamların tətbiqi şəhərin estetik görünüşü və ictimai təhlükəsizlik prinsipləri ilə balanslaşdırılmalıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Tarixi və mərkəzi ərazilərdə reklam yerləşdirilməsinə xüsusi tələblər tətbiq olunur
Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir - TƏHLİL