30 iyun 2026 20:14
113

Hörmüz boğazı üçün könüllü ödəniş fondu yaradıla bilər

Hörmüz boğazı üçün könüllü ödəniş fondunun yaradılması imkanı mövcuddur.

“İki sahil” İran mediasına istinadla xəbər verir ki, bunu Beynəlxalq Dəniz Təşkilatının (BDT) Baş katibi Arsenio Dominquez deyib.

"Hörmüz boğazının idarə olunması ilə bağlı Oman hakimiyyəti ilə danışıqlar aparılıb", - o qeyd edib.

A. Dominquezin sözlərinə görə, Hörmüzlə bağlı danışıqlar ABŞ ilə İran arasında müharibədən sonrakı böhranın həlli yollarını tapmaq məqsədilə aparılır.