01 iyul 2026 15:15
107

Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib

Rusiya prezidenti Vladimir Putin iyulun 1-də ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasının bundan əvvəlki iclası iyunun 25-də baş tutmuşdu. Həmin toplantıda dövlət başçısı və Şura nümayəndələri daxili təhlükəsizliyin təmin olunması, eləcə də yaxın qonşularla münasibətlərin inkişafı məsələlərini müzakirə etmişdilər.

Xəbərdə həmçinin xatırladılır ki, operativ iclasdan əvvəl Vladimir Putin Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ilə telefon danışığı aparıb.