01 iyul 2026 22:00
106

Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib

Rusiyada iyunun 23-dən 29-dək istehlak bazarında benzinin qiyməti 1,6 faiz, dizel yanacağının qiyməti isə 2,2 faiz artıb. Bu barədə Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatında bildirilir.

“İki sahil” xəbər verir ki, iyunun 29-na olan məlumata əsasən, benzinin orta pərakəndə satış qiyməti hər litr üçün 72,38 rubl təşkil edib. Bununla yanaşı, ölkənin yanacaqdoldurma məntəqələrində həm benzinin, həm də dizel yanacağının qiymətlərinin artımı davam edir.