01 iyul 2026 22:18
105

İrakli Kobaxidze: Cənubi Qafqazın strateji əhəmiyyəti həm regional, həm də qlobal baxımdan artıb

Onilliklərdir ki, Gürcüstan ABŞ-ın sadiq, etibarlı və məsuliyyətli tərəfdaşıdır. Rəsmi Tbilisi regional təhlükəsizlik məsələləri üzrə ABŞ ilə ardıcıl əməkdaşlıq edib.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ səfirliyində Amerikanın Müstəqillik Gününə həsr olunmuş qəbulda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarına strateji prioritetlərini həyata keçirmək üçün Gürcüstanla əməkdaşlıq etmək lazım gəldikdə, Gürcüstan sadiq tərəfdaş kimi güclü dəstək ilə cavab verib və bundan sonra da verəcək.

İrakli Kobaxidze deyib: “Son hadisələr Cənubi Qafqazın strateji əhəmiyyətinin həm regional, həm də qlobal kontekstdə artdığını göstərir. Bu, unikal coğrafi mövqe, iqtisadi əhəmiyyət və geosiyasi amillərin kombinasiyası ilə əlaqədardır".

Onun sözlərinə görə, fundamental geosiyasi dəyişikliklər kontekstində Gürcüstan tərəfdaşlığın gücləndirilməsinin və rəsmiləşdirilməsinin hər iki ölkənin ortaq maraqlarına xidmət etdiyinə inanır.