İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ehtiyac yaransa, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) 100 milyon barel neft ayıra bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Silahlı qüvvələrin müdafiəsi mənim vəzifəmdir və mən onları bütün gücümlə dəstəkləyəcəm", - M. Pezeşkian vurğulayıb.
Onun bu çıxışına səbəb iyunun 19-da "Bloomberg", həmin ayın 21-də "Iran International"da hökumətə məxsus 20 milyon barel xam neftin hərbi potensialın, xüsusilə Hava-Kosmik Qüvvələrinin təchizatı və maliyyə imkanlarını gücləndirmək məqsədilə SEPAH-a təhvil verilməsi barədə məlumatın yayılmasıdır.
Daha əvvəl SEPAH-ın sözçüsü Hüseyn Mohəbbi bu barədə məlumatsız olduğunu iddia edib.