02 iyul 2026 16:38
101

Yekun turnir Səudiyyə Ərəbistanında yox, ABŞ-da keçiriləcək

Qadın Tennis Assosiasiyasının (WTA) mövsüm sonu çempionatı Səudiyyə Ərəbistanı ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsindən sonra ABŞ-ın İndian-Uells şəhərində keçiriləcək. Qadın Tennis Assosiasiyasının (WTA) bu ilki Yekun Turniri Amerikanın İndian-Uells şəhərində baş tutacaq.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın rəsmi internet saytında məlumat yerləşdirilib.

Mövsümün ən yaxşı 8 təkli xanım tennisçisi və ən yaxşı 8 cütlüyünün iştirak etdiyi bu mötəbər yarış 2024 və 2025-ci illərdə WTA ilə Səudiyyə Ərəbistanı Tennis Federasiyası arasında imzalanmış üçillik müqavilə çərçivəsində Ər-Riyadda keçirilirdi. Lakin qeyd olunub ki, WTA rəhbərliyi 2026-cı il turnirinin başqa məkana köçürülməsi xahişi ilə müraciət edib və tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verilib.

Mövsümün bağlanış şousu bu il 8–15 noyabr tarixlərində reallaşacaq.