03 iyul 2026 10:27
94

Fransa və İtaliya Livanda BMT qüvvələrini əvəz edəcək

Avropa dövlətləri BMT missiyasının başa çatmasından sonra Livan ordusuna dəstək məqsədilə bölgəyə hərbi kontingent yerləşdirməyi planlaşdırır.

İtaliya və Fransa BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) missiyası başa çatdıqdan sonra ölkənin cənubunda öz hərbi kontingentini yerləşdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Əl-Ərəbiyə" telekanalına Fransa Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sözügedən layihənin ABŞ və bəzi Avropa ölkələrinin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulur. Hərbi kontingent Livan rəhbərliyinin rəsmi müraciəti əsasında, ölkənin milli ordusuna dəstək məqsədilə bölgədə yerləşdiriləcək.

"Əl-Ərəbiyə" qeyd edir: "Paris Livan və İsrail arasındakı son çərçivə sazişi ilə bağlı təhlükəsizlik tədbirləri fonunda, qüvvələrin yerləşdirilməsinin yekun mexanizmini razılaşdırmaq üçün tərəfdaşlarla məsləhətləşmələrin davam etdiyini bildirib".