"Ukraynanın hərbi sənaye infrastrukturuna və onun fəaliyyətini təmin edən obyektlərə hücumlar davam edəcək".
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Ukraynada döyüşən bölmələrin komandirləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, həm Kiyev administrasiyasının, həm də Avropa sülhməramlı qüvvələrinin əsl məqsədi "sülh" deyil: "Əsl məqsəd Rusiya ilə müharibəni davam etdirməkdir".
Putin bəzi Avropa İttifaqı (Aİ) liderlərinin 7 iyun 2026-cı ildə Kiyev rejiminin pilotsuz texnologiyalardan innovativ istifadəsindən məmnunluqlarını ifadə etdikləri birgə bəyanata toxunaraq deyibi: “Bəli, dedikləri kimi “innovativ” istifadə. Görəsən bununla bizim mülki obyektlərimizə, mülki infrastruktura, mülki şəxslərin və uşaqların olduğu nəqliyyat vasitələrinə, tələbə yataqxanalarına edilən hücumları nəzərdə tuturlar? Ukraynanın hərbi-sənaye kompleksinin infrastrukturuna və onun fəaliyyətini təmin edən obyektlərə qarşı intensiv və qrup halında zərbələrin davam etdirilməsi lazımdır. Çünki onların bu planları gündəmdədir və həyata keçirilir. Biz də buna uyğun şəkildə cavab verməyə məcburuq”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”