04 iyul 2026 17:09
94

ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edəcək

İyulun 4-dən 8-dək Haaqada ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyası keçiriləcək.

Assambleyanın iyulun 8-də keçiriləcək sessiyasında Gürcüstanla bağlı tənqidi fikirləri özündə əks etdirən "Haaqa Bəyannaməsi" qəbul ediləcək.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat ATƏT Parlament Assambleyasının saytında yerləşdirilib.

"Gürcüstanda seçki dürüstlüyünün və fundamental azadlıqların qorunması" qətnaməsinin əsas sponsoru amerikalı konqresmen Co Vilsondur.