04 iyul 2026 20:14
90

Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır

Kiyev Varşava ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmalıdır.

“İki sahil” Polşa mediasına istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bugünkü mətbuat konfransında deyib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" (İkinci Dünya müharibəsində "UPA qəhrəmanları" adlanan ukraynalı üsyançılar Polşada polyakların kütləvi qətllərində ittiham olunurlar - red.) adının verilməsi qərarını "uğursuz" adlandırıb:

"Prezident Zelenskinin bu uğursuz qərarından sonra Ukraynanın ilk addımı atacağını gözləyirik. Kiyevdən çox aydın bir siqnal eşitmək yaxşı olardı. Onlar cəhd edirlər, lakin biz yenə də bunu aydın eşitmək istərdik".

Xatırladaq ki, iyunun ortalarında Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adının verilməsi haqqında fərmanı Kiyev və Varşava arasında münasibətlərın pisləşməsinə səbəb olub.

Polşa Prezidenti Karol Navrotski iyunun 19-da Ukrayna Prezidenti Volodimir Zelenskini Polşanın ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmək qərarına gəlib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa öz növbəsində Polşa prezidentinin qərarını "strateji səhv" adlandırıb, Polşanın Baş naziri Donald Tusk isə tərəfləri təmkinli olmağa çağırıb.