04 iyul 2026 20:36
91

ABŞ-da 800 mindən çox ev işıqsız qalıb

Ekstremal isti və fırtınalı hava nəticəsində ABŞ-da 840 mindən çox ev işıqsız qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "PowerOutage" saytında açıqlama verilib.

Bakı vaxtı ilə saat 17:19-a olan məlumata görə, ümumilikdə 843 mindən artıq abonentin elektrik təchizatı dayanıb.

Təbii şəraitdən ən çox təsirlənən ştatlar sırasına Miçiqan (385 min), Nyu-Cersi (179 min), Pensilvaniya (66 min), İllinoys (54 min), Ohayo (46 min), Viskonsin (20 min), Nyu-York (16 min) və İndiana (11 min) daxildir.

CNN telekanalı bildirir ki, Amerika Birləşmiş Ştatlarının şərqində, xüsusən Vaşinqton və Nyu-York kimi ərazilərdə havanın hərarəti son onilliyin ən yüksək səviyyəsinə çata bilər və yaxın günlər ərzində yeni temperatur rekordunun yenilənməsi gözlənilir.