04 iyul 2026 20:52
108

Qırğızıstan Rusiyaya pivə ixracını kəskin artırıb

Qırğızıstan 2026-cı ilin yanvar-aprel aylarında Rusiyaya pivə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə dəfələrlə artırıb.

“İki sahil” xəbər verir ki, Rusiyanın Milli Statistika Komitəsinin bülleteninə əsasən, ilk dörd ay ərzində Qırğızıstan Rusiyaya 18,5 min ABŞ dolları dəyərində 35 640 litr pivə ixrac edib.

Bu isə 2025-ci ilin analoji dövründə ixrac olunan 4,8 min dollar dəyərində 6 852 litr pivə ilə müqayisədə beş dəfədən çox artım deməkdir.

Bundan başqa, 2026-cı ilin ilk dörd ayında Qırğızıstan Rusiyaya əvvəlki ilin eyni dövründə ixrac etmədiyi bir sıra ərzaq məhsullarını da göndərib. Bunlara 134,5 min dollar dəyərində 67,7 ton ev quşlarının əti və yeyilən əlavə məhsulları, eləcə də 10,7 min dollar dəyərində 38 ton təzə qovun, qarpız və papaya daxildir.

Eyni zamanda, bəzi məhsulların, o cümlədən paxlalılar, tərəvəzlər, zəncəfil və kəklikotunun Rusiyaya tədarükü tamamilə dayandırılıb.