04 iyul 2026 22:06
91

Tramp: Netanyahu rəhbərin kim olduğunu bilir

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə Ağ Evdə görüşə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios”a müsahibəsində açıqlama verən ABŞ Prezidenti görüşün qarşı tərəfin istəyi əsasında baş tutacağını bildirib.

"Biz çox yaxşı yola gedirik. Netanyahu rəhbərin (bosun) kim olduğunu bilir”, - deyə Donald Tramp əlavə edib.

İki lider sonuncu dəfə fevral ayında - İrana qarşı müharibədən əvvəl Ağ Evdə Vəziyyət Otağında görüşüblər.