05 iyul 2026 12:18
78

Türkiyə sahillərində PUA tapıldı

Türkiyənin Zonquldaq vilayətinin Filyos şəhəri yaxınlığında, Qara dəniz sahilində PUA tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, PUA barədə yerli sakinlərin xəbər verməsindən sonra əraziyə polis qüvvələri cəlb olunub.

Ərazini əhatəyə alan polislər vətəndaşların oraya yaxınlaşmasına icazə verməyiblər.

Mütəxəssislər PUA-nın texniki araşdırılmasına başlayıblar.

Faktla bağlı hələlik rəsmi açıqlama verilməyib.