05 iyul 2026 15:16
112

Konqoda “Ebola”dan ölənlərin sayı 492-yə çatıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində qeyd edilib.

Ötən sutka ərzində daha 19 nəfər dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 528 nəfər təşkil edir ki, bu da iyulun 4-ü ilə müqayisədə 26 nəfər çoxdur. Ölüm göstəricisi 32.2% olaraq qiymətləndirilir.

Qeyd edək ki, Ebola qızdırmasının hazırkı alovlanması mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri Konqonun İturi əyalətində yerləşir.