05 iyul 2026 16:55
98

Somalidə hərbi əməliyyat zamanı “əl-Şəbab”ın 15 silahlısı öldürülüb

Somalinin cənubunda həyata keçirilən əməliyyat zamanı "əl-Qaidə" terror təşkilatı ilə əlaqəli olan "əl-Şəbab" qruplaşmasının 15 silahlısı öldürülüb, 20 nəfər isə yaralanıb.

“İki sahil” Somali İnformasiya Agentliyinə istinadla xəbər verir ki, əməliyyat Aşağı Şebelle bölgəsinin Farsuli rayonunda həyata keçirilib.

Bildirilib ki, bu əməliyyatlar "əl-Şəbab" qruplaşmasının döyüş imkanlarının zəiflədilməsi, eləcə də terror aktlarını planlaşdıran və həyata keçirən şəbəkələrin dağıdılması istiqamətində davam etdirilən tədbirlərin tərkib hissəsidir.

Qeyd edək ki, Somali ordusu ötən həftə ərzində də eyni bölgədə "əl-Şəbab" hədəflərinə qarşı oxşar əməliyyatlar həyata keçirib. Həmin əməliyyatlar nəticəsində qruplaşmanın onlarla üzvünün öldürüldüyü və yaralandığı bildirilmişdi.