05 iyul 2026 18:18
99

ABŞ-ın xüsusi xidmət orqanları mundial zamanı 600-dən çox dron müsadirə ediblər

ABŞ-ın xüsusi xidmət orqanları ölkədə dünya çempionatının keçirildiyi şəhərlərdə 600-dən çox dron müsadirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Bütün uçuş aparatları mundialın gedişatı zamanı müsadirə olunub. Dronlar futbol üzrə dünya çempionatına ev sahibliyi edən 11 şəhərin hər birində aşkarlanıb.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir.