05 iyul 2026 23:23
88

Britaniya XİN əməkdaşlarının məxfi məlumatları oğurlanaraq satışa çıxarılıb

Hakerlər Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının elektron poçt ünvanlarına daxil olaraq onların hökumət hesabı və parol məlumatlarınıələ keçiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Bildirilib ki, haker hücumu nəticəsində Tailand və Mavrikidəki səfirliklər də daxil olmaqla, ölkədən kənarda çalışan XİN əməkdaşlarının etimadnamələri ifşa olunub.

Cinayətkarlar, həmçinin İngiltərənin Derbişir qraflığında və Londonun Uoltem Forest rayonunda Bələdiyyə Şurası işçilərinin hesablarına da giriş əldə ediblər.

Qəzet etimadnamələrin darknetdə 60 min ABŞ dollarına satışa çıxarıldığını bildirib.