06 iyul 2026 10:55
79

Vens Ukraynanı müdafiə mövqeyinə keçməyə çağırıb

ABŞ-ın vitse-prezidenti bəyan edib ki, müdafiə taktikası hücum əməliyyatları ilə müqayisədə Ukrayna üçün daha səmərəlidir və az itki ilə nəticələnir

ABŞ administrasiyası hesab edir ki, Ukrayna hazırkı mərhələdə "maksimum dərəcədə müdafiəyə diqqət yetirməlidir".

“İki sahil” xəbər verir ki, bunu Amerikanın vitse-prezidenti Cey Di Vens bildirib. Onun sözlərinə görə, "bu cür yanaşma daha çox bəhrə verib, çünki müdafiə olunmaq hücum etməkdən daha asandır".

Cey Di Vens "The Times" qəzetinə verdiyi müsahibədə mövzu ilə bağlı bunları qeyd edib: "Tramp administrasiyası xüsusi olaraq vurğulayır ki, biz danışıqlar apardığımız müddətdə ukraynalılar diqqətlərini tamamilə müdafiəyə yönəltməlidirlər... Birləşmiş Ştatlar və NATO da Ukraynanı müdafiə mövqeyini gücləndirməyə təşviq edirdi və bu yanaşmanın effektiv olduğu sübuta yetirildi".