06 iyul 2026 11:11
112

Kiyevi qara tüstü bürüyüb

Ukrayna mediasının yaydığı məlumata görə, güclü yanğınlar nəticəsində yaranan qara tüstü Kiyev şəhərini tamamilə bürüyüb. Şəhər sakinlərinə zərurət yaranmadıqca evlərindən çıxmamaq barədə çağırışlar edilir.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın rəsmi "Ukrinform" agentliyi də xəbər yayıb.

Məlumatda qeyd olunur ki, şəhər rəhbərliyi və aidiyyəti qurumlar havada yaranan kəskin və zəhərli duman səbəbindən insanlara pəncərələri bağlı saxlamağı tövsiyə edir.

Məqalədə vurğulanır: "Qara tüstü Kiyevin üzərini qapadıb... Yanıq qoxusu şəhərin bütün rayonlarında kəskin şəkildə hiss olunmaqdadır".

Xəbərdə həmçinin qeyd olunur ki, yanğınların qeydə alınmasından bir qədər əvvəl Kiyevdə ard-arda güclü partlayış səsləri eşidilib.