SOCAR ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinin icrası ilə əlaqədar “Yaşıl Asan” təşəbbüs qrupunun könüllülərinə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində təlim keçirilmişdir.
Təlimdə Ekologiya İdarəsinin əməkdaşları “Tullantıların idarə olunması” və “Enerji səmərəliliyinin artırılması” mövzularında təqdimatla çıxış etmişlər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə könüllülərə SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr haqqında ətraflı məlumat verilmişdir.
“Yaşıl Asan” və digər birgə layihələr barədə fikir mübadiləsi aparılmış, gələcəkdə əməkdaşlığın davam etdirilməsi qərara alınmışdır.