07 iyul 2026 11:31
86

Şimali Koreya Yaponiyanı ittiham edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yaponiyanı "dənizaşırı təcavüz məqsədilə öz silahlı qüvvələrini gücləndirməyə çalışmaqda" ittiham edib.

“İki sahil” xəbər verir ki, bu barədə bəyanat Şimali Koreyanın rəsmi Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən dərc olunub.

Pxenyan öz ittihamlarına misal olaraq, Tokionun hücum potensialına malik gəmiəleyhinə pilotsuz sualtı qayıqlar hazırlamasını göstərib.

Şimali Koreya mediasının məlumatına görə, sözügedən müasir sualtı aparatlar torped və ya minalarla təchiz olunaraq suyun altında uzun müddət qala və böyük məsafələrə hərəkət edə bilir. Bəyanatda vurğulanır: "Yaponiya pilotsuz sualtı qayıqlar kimi gizli hücum vasitələrini KXDR və digər qonşu dövlətlərin sahillərinə yaxın akvatoriyalarda yerləşdirməyə can atır. Burada əsas məqsəd zərurət yaranacağı təqdirdə hərbi gəmilərə qarşı preventiv (qabaqlayıcı) zərbələr endirməkdir".