07 iyul 2026 17:16
98

Tramp: Ərdoğan olmasaydı, NATO sammitinə qatılmazdım

ABŞ Prezidenti Donald Tramp NATO sammitinə Türkiyədə keçirildiyinə görə qatıldığını bildirib.

“İki sahil” xəbər verir ki, Tramp NATO ilə bağlı çox məyus olduğunu deyib.

"Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə görüşünə gəlməzdim. Ərdoğan çox güclü lider, çox güclü insandır. Bu sammitin Türkiyədə keçirilməsi həqiqətən də çox böyük hadisədir. Biz bu günədək NATO-ya trilyonlarla dollar sərmayə qoymuşuq. Nəyə görə? Avropa ölkələrini qorumaq üçün... Onları Rusiyadan qorumaq üçün. Amma onların da hansısa şəkildə bizə dəstək vermək üçün nəsə etmələri lazım idi", - Tramp qeyd edib.