07 iyul 2026 18:57
93

Tramp: Qrenlandiya ABŞ-nin nəzarəti altında olmalıdır

Qrenlandiya Danimarkanın yox, ABŞ-nin nəzarəti altında olmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

"Ona Danimarka yox, ABŞ nəzarət etməlidir", - Tramp deyib. Onun sözlərinə görə, Qrenlandiya ABŞ üçün əhəmiyyətlidir.

ABŞ lideri həmçinin qeyd edib ki, ada ətrafında Çin və Rusiya gəmiləri yerləşir.