07 iyul 2026 19:15
100

Ukrayna və Estoniya dronlar sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski və Estoniyanın Baş naziri Kristen Mixal pilotsuz texnologiyalar (drone deal) sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə İnterfaks-Ukrayna məlumat yayıb.

İmzalanma mərasimi NATO sammiti çərçivəsində keçirilən müdafiə forumunun kuluarlarında baş tutub.

"Mən xoşbəxtəm ki, bu gün ölkələrimiz arasında drone deal imzaladıq. Bütün bu illər ərzində insanlarımıza göstərilən əhəmiyyətli yardıma görə təşəkkür edirəm", - Zelenski bildirib.

Ukrayna Prezidenti həmçinin Kiyevin Avropaya iteqrasiyasına və NATO-ya daxil olmaq kursuna verdiyi dəstəyə görə Estoniyaya təşəkkür edib.

Mixal isə vurğulayıb ki, Ukrayna ən qısa zamanda Avropa İttifaqının üzvü olmalıdır.

"Drone deal" Ukrayna tərəfindən təşəbbüs edilən çoxillik beynəlxalq əməkdaşlıq proqramıdır. Sənəd silahların birgə istehsalını, Ukraynanın müdafiə texnologiyalarının ixracını, döyüş təcrübəsinin mübadiləsini və Ukraynanın hərbi-sənaye kompleksinə uzunmüddətli investisiyaların cəlb edilməsini nəzərdə tutur.