08 iyul 2026 20:55
89

Donald Tramp Putinlə danışacağını bildirib

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın fikrincə, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəyə son qoymaq üçün irəli sürdüyü şərtlər dəyişir.

Tramp çərşənbə günü Putinlə danışacağını bildirib və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri arasında görüşün “tezliklə” baş tutacağına ümid etdiyini bildirib.

“Mən Prezident Putinlə tez-tez danışıram və o, müharibəyə son qoymaq istəyir”, - deyə Tramp vurğulayıb.