11 iyul 2026 12:57
122

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalı xərcini 36 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 134,21 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 36,2 % çoxdur.

Təkcə iyunda isə Türkiyə Azərbaycana 22,193 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 75,4 % çoxdur.

Yanvar-iyun aylarında Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 9,8 % artaraq 9,134 milyard ABŞ dollarına, iyun ayında isə 30,6 % artaraq 1,665 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 901,278 milyon dolları (1 il əvvələ nisbətən 10,6 % çox), Almaniya 686,895 milyon ABŞ dolları (+2 %) və ABŞ 679,155 milyon ABŞ dolları (+41,1 %) dəyərində həyata keçirib.