"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) cari ilin yanvarın 1-nə olan tarixə istiqrazlara yönəldilmiş investisiyalarını tamamilə sıfıra endırib.
“İki sahil”in məlumatına görə, bu barədə "Report" "Deloitte & Touche" MMC tərəfindən audit yoxlamasından keçmiş maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ASCO-nun 2025-ci ilin sonuna qədər həm uzunmüddətli, həm də qısamüddətli istiqrazlara yatırımları sıfır səviyyəsinə çatıb.
Qeyd edək ki, 2025-ci il yanvarın 1-nə ASCO-nun uzunmüddətli istiqrazlara investisiyaları 37,531 milyon manat, qısamüddətli istiqrazlara isə 9,168 milyon manat təşkil etmişdi.