11 iyul 2026 22:14
76

Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək

Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub.

Son məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən aviaşirkətlər artıq 1,3 mindən çox reysi gecikdirib.

"Bavi" tayfunu yerli vaxtla saat 23:20-də (Bakı vaxtı ilə saat 17:20-də) Çinin şərqində yerləşən Çjetszyan əyalətinə çatıb. Tayçjou şəhəri yaxınlığında siklonun quruya çıxışı zamanı küləyin sürəti 40 m/s. təşkil edib.

Qasırğanın yaxınlaşması ilə əlaqədar ölkənin şərq bölgələrində təxminən 2 milyon nəfər təxliyə edilib.