12 iyul 2026 09:23
84

Bayden 1,7 milyon dollar təzminat alacaq

ABŞ-də Los-Anceles məhkəməsi Overstock.com onlayn satış şirkətinin keçmiş rəhbəri Patrik Berni ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Baydenə 1.7 milyon dollar ödəməyə məcbur edib.

“İki sahil” xəbər verir ki, bu barədə məhkəmənin elektron bazasında dərc olunan sənəddə bildirilib.

Hanter Bayden 2023-cü ilin avqustunda Bernə qarşı iddia qaldırıb. Buna səbəb Bernin Hanterin İran hökuməti ilə əlaqə saxlamağa və həmin vaxt dövlət başçısı vəzifəsində olan Co Bayden tərəfindən İran aktivlərindəki 8 milyard dolların dondurulmasının aradan qaldırılması müqabilində onlardan 800 milyon dollar almağa çalışması barədə bəyanatları olub.

"İddiaçının xeyrinə qərar çıxarılır. İddiaçıya nominal kompensasiya olaraq 1 dollar və cərimə xarakterli zərər əvəzi olaraq 1.7 milyon dollar ödənilir", - hakimin qərarında qeyd olunub.