Oman Sultanlığının şərq sahilləri yaxınlığında hücuma məruz qalan gəmidən 10 nəfər xilas edilib, bir nəfər isə itkin düşüb.
“İki sahil” “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, xilas olunanların və itkin düşən şəxsin Hindistan vətəndaşı olduqları bildirilir.
Gəmi İran və ABŞ arasında qarşılıqlı hücumların davam etdiyi vaxtda hücuma məruz qalıb. Gəminin hansı ölkənin bayrağı altında üzməsi barədə məlumat verilmir.
Hindistanın Omandakı səfirliyinin məlumatına görə, hazırda Oman tərəfi ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Bundan əvvəl İran rəsmiləri marşrut üzrə icazəsiz hərəkət etdiyini bildirdikləri gəmiyə xəbərdarlıq atəşi açıldığını və mərminin gəmiyə dəydiyini açıqlamışdılar.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq