Honkonq güclü "Bavi" tayfunu səbəbindən son sutka ərzində 130-dan çox daxili aviareysi ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.
Məlumata görə, iyulun 11-də 64 gəliş və 71 gediş reysi həyata keçirilməyib. Bunlar əsasən Honkonqla Taybey, Qaosyun və Şanxay şəhərləri, eləcə də Osaka, Tokio və Naqoya istiqamətləri üzrə uçuşlar ləğv olunub. Hava əlaqəsinin bərpasının həmin şəhərlərdəki hava şəraitindən asılı olacağı bildirilib.
Bundan əlavə, iyulun 11-də Honkonqu Şanxay, Futszyan və Quançjou ilə birləşdirən 10 yüksəksürətli qatar reysi də dayandırılıb. İyulun 12-nə planlaşdırılan daha 8 yüksəksürətli qatar reysi də ləğv edilib.
Qeyd edək ki, güclü yağışlar və saniyədə 50 metrədək sürətlə əsən küləklərlə müşayiət olunan "Bavi" tayfunu ötən gün Yaponiyanın cənubuna və Tayvana çatıb, həmçinin Çinin materik hissəsinə təsir göstərib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq