Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamada bildirilib.
"İyulun 12-nə keçən gecə "Ptaxi Madyara" 414-cü əlahiddə briqadasının 9-cu "Kayros" taborunun, 1-ci əlahiddə mərkəzinin və "Nemesis" 412-ci briqadasının operatorları Azov dənizi akvatoriyasında 10 tankeri vurub. 1-ci əlahiddə mərkəzin operatorları Azov dənizi akvatoriyasında gəmi vurub. "Reyd" 413-cü əlahiddə alayının operatorları Krım MR-nin Kerç şəhəri ərazisində üç gəmi vurub", – deyə məlumatda bildirilir.
Ukrayna Silahlı QüvvələriRusiya FederasiyasıAzov dəniziQara dəniz
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq