18 iyul 2026 22:30
118

İranın İordaniyaya zərbələrində ABŞ-nin iki hərbi qulluqçusu həlak olub

İranın İordaniyaya zərbələri nəticəsində ABŞ-nin iki hərbi qulluqçu həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, hazırda bir hərbçi itkin düşmüş hesab olunur.

"İyulun 17-də İordaniyada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və tərəfdaşlarının qüvvələri tərəfindən İranın raket və pilotsuz aparat zərbələrinin dəf edilməsi zamanı iki amerikalı hərbi qulluqçu həlak olub. Bundan əlavə, hazırda bir hərbçi itkin düşmüş hesab olunur. Dörd hərbi qulluqçu İordaniya xəstəxanalarına çatdırılıb", - məlumatda bildirilib.

Daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı Amerika hərbi obyektlərinə zərbələr endirildiyi barədə məlumat verib. Xüsusilə də ABŞ-nin regiondakı əsas bazalarından biri hesab edilən "Əl-Əzraq" bazası hücuma məruz qalıb.