ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ərazisində İran limanlarının davam edən blokadası çərçivəsində bir sutka ərzində beş kommersiya gəmisinin istiqamətini dəyişdirib.
“İki sahil” xəbər verir ki, bu barədə CENTCOM "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, daha bir gəmi sıradan çıxarılıb.
"Amerika qüvvələri İranın qüvvədə olan dəniz blokadasına əməl olunmasının təmininə davam edir", - məlumatda qeyd olunub.
ABŞ Bakı vaxtı ilə iyulun 15-i gecəyarısı Hörmüz boğazı ərazisində İran limanlarının blokadasını bərpa edib. Daha əvvəl Amerika tərəfi aprelin 13-dən iyunun 18-dək olan dövrdə İrana qarşı dəniz blokadası tətbiq etmişdi. İki aylıq dövr ərzində CENTCOM qüvvələri 140-dan çox gəminin istiqamətini dəyişdirib, doqquzunu isə sıradan çıxarıb.