19 iyul 2026 09:58
171

Xərçəng xəstəliyindən qorunmağın effektiv üsulları

Spirtli içkilərdən və tütün məmulatlarından imtina onkoloji xəstəliklərin profilaktikasında ən effektiv üsullardan biridir.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən RİA Novosti-yə məlumat verilib.

Təşkilatın məlumatına görə, ən təsirli yanaşma HPV və hepatit B-yə qarşı vaksinlərin tətbiqi ilə xərçəngə səbəb olan infeksiyalardan qorunmaq, həmçinin erkən diaqnostikanı əhatə edən kompleks tədbirlər görməkdir.

Bundan əlavə, ÜST ətraf mühitdəki və peşəkar fəaliyyət zamanı rast gəlinən kanserogen maddələrin təsir səviyyəsinin aşağı salınmasının da bu ağır xəstəliyin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını xatırladıb.