19 iyul 2026 14:01
151

Rusiyanın itkiləri açıqlandı - 1607-ci gün

Ukrayna müharibənin 1607-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 428 930 hərbçi, 12 156 ədəd tank, 24 963 ədəd zirehli döyüş maşını, 46 261 ədəd artilleriya sistemi, 1 950 (reaktiv yaylım atəş sistemi), 1 505 hava hücumundan müdafiə sistemi, 438 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 1 956 ədəd yerüstü robot-texnika kompleksi, 416 656 ədəd PUA, 122 289 ədəd avtomobil texnikası, 4 915 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 430 xüsusi avadanlıq itirib.