19 iyul 2026 15:29
141

Macarıstanın Baş naziri növbəti prezidentdən gözləntilərini açıqlayıb

Macarıstanın Baş naziri Peter Macyar ölkədə növbəti prezidentin malik olmalı olduğu əsas keyfiyyətlər barədə fikirlərini bölüşüb.

“İki sahil” xəbər verir ki, Baş nazir bu barədə Prezident Tamaş Şulyokun səlahiyyətlərinə xitam verən konstitusiya dəyişikliyini imzalamasından sonra sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, yeni dövlət başçısının heç bir siyasi partiya ilə əlaqəsi və ya partiya keçmişi olmamalıdır.

Baş nazir bildirib ki, prezident bütün macar xalqının birliyini təmsil etməli və fəaliyyətini siyasi maraqlardan tam müstəqil şəkildə qurmalıdır. O vurğulayıb ki, bu vəzifəni tutacaq şəxs dövlətə və vətəndaşlara xidmət etməli, cəmiyyətin etimadını qazanmalıdır.

Peter Macyarın fikrincə, belə yanaşma ölkədə demokratik institutların möhkəmlənməsinə və milli həmrəyliyin güclənməsinə mühüm töhfə verəcək.