ABŞ-nin İranın Xuzistan əyalətində inşası davam edən “Darkhovin” atom elektrik stansiyasının (AES) tikinti sahəsinə hücum etdiyi bildirilir.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.
Hücum nəticəsində insan tələfatı və dəyən ziyanın miqyası barədə məlumat verilməyib.
“Darkhovin” İranın uzunmüddətli mülki nüvə enerjisi layihələrindən biridir.
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bu yaxınlarda İrandakı nüvə qurğularının hədəfə alınmasının nüvə təhlükəsizliyi üçün ciddi risk yarada biləcəyi barədə xəbərdarlıq edib.