19 iyul 2026 20:27
162

Tramp respublikaçılardan Lindsi Qremin istəyini reallaşdırmağa çağırıb

ABŞ Senatındakı respublikaçılar Rusiyaya qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsinə İrana qarşı məhdudlaşdırıcı tədbirlərin də əlavə edilməsini dəstəkləməlidirlər.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

Trampın sözlərinə görə, Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin təşəbbüskarlarından olan senator Lindsi Qrem də belə bir əlavənin edilməsini istəyərdi.

ABŞ prezidenti İrana qarşı məhdudlaşdırıcı tədbirlərlə bağlı isə "Məhz belə də olacaq. Bu vacibdir", - deyə qeyd edib.