20 iyul 2026 00:00
219

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Avropa üçüncüsü olub - YENİLƏNİB

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə imza atıb.

“İki sahil” xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur yarımfinal mərhələsinə yüksəlməklə bürunc mükafata layiq görulüb.

İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

Qeyd edək ki, Onur Quluzadə - Görkəm Öcal dueti bu gün keçirilən yarımfinal görüşündə Luis Fegerl və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə 2:3 hesabı ilə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub.

***

Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə nail olub.

“İki sahil” xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur, 1/4 finalda Çexiya idmançılarına qalib gələrək yarımfinala adlayıb. Bununla ən azı üçüncü yeri təmin edən Onur, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.Onur Quluzadə - Görkəm Öcal cütü bu gün keçiriləcək 1/2 finalda Avstriya-İspaniya tandemini təşkil edəcək idmançılarla (Luis Fegerl-Ladimir Mayorov) qarşılaşacaq.