10 oktyabr 2026 09:46
136

“Kür” bu gün EHF Avropa Kubokunda Kipr klubu ilə qarşılaşacaq

Bu gün qadın həndbolçulardan ibarət “Kür” komandası EHF Avropa Kuboku çərçivəsində növbəti matçına çıxacaq.

“İki sahil” xəbər verir ki, Mingəçevir şəhərində təşkil olunacaq qarşılaşmada təmsilçimiz Kiprin “APOEL” klubu ilə üz-üzə gələcək.

Görüş saat 17:00-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Komandalar arasındakı növbəti matç oktyabrın 11-də keçiriləcək.